Əsas Səhifə > İdman / Dünya > Futbolda ofsaydla bağlı yeni qərar açıqlandı

Futbolda ofsaydla bağlı yeni qərar açıqlandı


8-06-2021, 20:48

 

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlə bağlı yeni qərar qəbul edib.

Şəffaflıq.az İFAB-ın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, bundan sonra oyunçuların əlləri və qolları ofsayd üçün nəzərə alınmayacaq.

Offsayd üçün çiyin və qol arasındakı sərhəd qoltuğun alt hissəsi ilə təyin olunur: "Çiyin qolun bir hissəsi kimi tanınmır. Buna görə də çiyinlə qol vurmaq mümkündür və ofsayd vəziyyəti qiymətləndirilərkən nəzərə alınmalıdır".

Geri qayıt