Əsas Səhifə > Hadisə > Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub


7-06-2021, 08:23
 Paytaxtın Nizami rayonunda qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Şəffaflıq.az APA-ya istinadən bildirir ki, yol qəzası Heydər Əliyev prospektində baş verib.
1983-cü il təvəllüdlü Həsənova Fazilə Fazil qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt