Əsas Səhifə > Gündəm > Almaniyadan bu məhsulların idxalına qadağa qoyuldu

Almaniyadan bu məhsulların idxalına qadağa qoyuldu


1-06-2021, 21:14

 

Almaniyanın Bremen şəhərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.


AQTA-dan verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə bu şəhərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Şəffaflıq.az
Geri qayıt