Əsas Səhifə > Hadisə > Paytaxtda 51 yaşlı qadın dayanacaqda bıçaqlandı

Paytaxtda 51 yaşlı qadın dayanacaqda bıçaqlandı


29-05-2021, 08:44
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Abdullayeva Mərziyə Musa qızı avtobus dayanacağında tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ bazunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub."Report"

Geri qayıt