Əsas Səhifə > Hadisə > Bakıda avtomobil piyadanı vurdu

Bakıda avtomobil piyadanı vurdu


29-05-2021, 08:38

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Alışov Siyavuş Qadir oğlu “Lido” restoranının yaxınlığında yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əziyi diaqnozu qoyulub."Report"

Geri qayıt