Əsas Səhifə > Gündəm > DSX: "Azərbaycan sərhədçiləri tərəfindən qarşı tərəfə atəş açılmayıb"

DSX: "Azərbaycan sərhədçiləri tərəfindən qarşı tərəfə atəş açılmayıb"


25-05-2021, 20:49
 

Dövlət Sərhəd Xidməti Ermənistan-Azərbaycan dövlət sərhədində Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə yaydığı məlumata münasibət bildirib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 25 may 2021-ci il tarixində Ermənistan ilə dövlət sərhədində Azərbaycan sərhədçiləri tərəfindən qarşı tərəfə atəş açılmayıb.
Geri qayıt