Əsas Səhifə > Gündəm / Cəmiyyət > Azərbaycanda ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?

Azərbaycanda ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?


15-05-2021, 18:41
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 794 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 897, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 897 nəfərdir.


Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 777 426, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 026 376, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 751 050 təşkil edir.

Geri qayıt