Əsas Səhifə > Hadisə > Qazax rayonunda çayxana yanıb

Qazax rayonunda çayxana yanıb


14-05-2021, 10:10

 

Qazax rayonunun Daş Salahlı kəndində çayxanada yanğın baş verib.

Şəffaflıq.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.

Ümumi sahəsi 27 kvadratmetr olan dəmir konstruksiyadan ibarət vaqon tipli çayxananın taxta üzlüyü və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt