Əsas Səhifə > Hadisə > Samux rayonunda ev yanıb.

Samux rayonunda ev yanıb.


13-05-2021, 21:45
 
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qarabağlar kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə, 1 otağının tavanı 20 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt