Əsas Səhifə > Gündəm / Dünya > ABŞ, Fransa və Yaponiya birgə hərbi təlimlərə başlayıb

ABŞ, Fransa və Yaponiya birgə hərbi təlimlərə başlayıb


11-05-2021, 21:26

 

ABŞ, Fransa və Yaponiya ordusunun elit bölmələri ilk dəfə olaraq şəhər şəraitində döyüş əməliyyatlarının aparılması üzrə birgə təlimlərə başlayıb.

Yaponiya Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər Yaponiyanın cənub-qərbindəki Küsü adasındakı poliqonda baş tutacaq.

Təlimdə təxminən 220 xüsusi təyinatlı hərbçi iştirak edəcək. Bu məqsədlə hərbi poliqon xüsusi olaraq hazırlanıb.

Hərbi təlimlərə may ayının 17-də yekun vurulacaq.


Şəffaflıq.az
Geri qayıt