Əsas Səhifə > Region > Əsgər valideynləri Robert Koçaryanı da qəbiristanlıqdan qovublar

Əsgər valideynləri Robert Koçaryanı da qəbiristanlıqdan qovublar


10-05-2021, 16:56
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Qarabağ müharibəsində öldürülmüş erməni hərbçilərin qəbrini ziyarət zamanı etirazla qarşılanıb.

Şəffaflıq.az-ın məlumatına görə, ölmüş erməni hərbçilərin valideynləri R. Koçaryana kəskin etiraz edib, onun qəbiristanlığı tərk etməsini istəyiblər.
Hərbçilərdən birinin anası eks-prezidentin ünvanına kəskin ittihamlar səsləndirib, onu və Ermənistana rəhbərlik etmiş digər şəxsləri oğlunun ölümündə, ölkənitalamaqda günahlandırıb.
R. Koçaryan və onu müşayiət edənlər pərt vəziyyətdən ərazidən uzaqlaşıb.
Qeyd edək ki, Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da tez-tez analoji vəziyyətlə üzləşir.

Geri qayıt