Əsas Səhifə > Region > Sabahdan İranda prezident seçkilərinə namizədlərin qeydiyyatı başlayır

Sabahdan İranda prezident seçkilərinə namizədlərin qeydiyyatı başlayır


10-05-2021, 16:47
 

Sabahdan İranda keçiriləcək prezident seçkilərində namizədlərin qeydiyyatına başlanacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Daxili İşlər Nazirliyi yanındakı seçki qərargahı açıqlama verib.

İranın XİN rəhbəri Yaxın Şərqdə regional dialoqa ehtiyac olduğunu bildirib
Məlumata görə, 2021-ci il iyunun 18-də İranda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək istəyənlərin qeydiyyatı 5 gün davam edəcək.
Qeyd olunub ki, əhalisi 2 milyondan çox olan şəhərlərin merləri və vilayət rəhbərləri, Azadi və Qum universitetlərinin rektorları, silahlı qüvvələrin ali rütbəli şəxsləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, Milli Təhlükəsizlik Şurasının üzvləri namizəd kimi seçkilərdə iştirak edə bilərlər.

“Prezident seçkiləri” haqqında qanuna edilən dəyişikliyə əsasən, namizədliyini irəli sürənlərin yaşları 40-dan aşağı, 75-dən yuxarı olmamalıdır.
Qeydiyyatdan keçən namizədlərin adları mayın 26-da ictimaiyyətə açıqlanacaq. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Geri qayıt