Əsas Səhifə > Hadisə > Bakıdan Zaqatalaya gedən "Mersedes Bens VİTO " markalı mikroavtobus qəzaya uğrayıb.

Bakıdan Zaqatalaya gedən "Mersedes Bens VİTO " markalı mikroavtobus qəzaya uğrayıb.


9-05-2021, 19:20
 Bakıdan Zaqatalaya gedən "Mersedes Bens VİTO " markalı mikroavtobus qəzaya uğrayıb.
Şəffaflıq.az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayon sakini, Şahin Əflatun oğlu Əlixanovun idarə etdiyi "Mersedes Bens VİTO " markalı, 99 SC 071 dövlət nömrə mikroavtobus ilə Bakıdan Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın aşıb. Qəza baş verən zaman avtomobildə sürücü və 5 nəfər sərnişin olub.
Qəza zamanı xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.


Geri qayıt