Əsas Səhifə > Elm Təhsil > Nazir canlı yayımda “Facebook” səhifəsi üzərindən sualları cavablandıracaq - FOTO

Nazir canlı yayımda “Facebook” səhifəsi üzərindən sualları cavablandıracaq - FOTO


6-05-2021, 21:54
Təhsil Naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən təhsillə bağlı maraqlı qalan sualları cavablandıracaq.
Şəffaflıq.az xəbər verir ki, bu barədə nazir öz “Facebook” səhifəsində paylaşım edib.
Bildirilib ki, 8 may saat 16:00-da baş tutacaq canlı yayımda aşağıdakı mövzulara toxunulacaq:
- Pandemiya dövründə tədrisin təşkili.
- Müəllimlərin işə qəbulu və yerdəyişməsi.
- 1-ci sinfə qəbul.
- Təhsil haqqı ödənişlərində sosial paket.

8 may saat 16:00-da "Facebook" səhifəsi üzərindən aşağıda qeyd olunan mövzularda suallarınızı cavablandıracağam.
Suallarınızı (şəxsi müraciət tipli suallar istisna olmaqla) 7 may saat 18:00-dək rəy bölməsində qeyd edə bilərsiniz.

Geri qayıt