Əsas Səhifə > Sosial > AZAL mülki məsuliyyətinin sığortası üçün açıq tender elan edib.

AZAL mülki məsuliyyətinin sığortası üçün açıq tender elan edib.


29-04-2021, 09:01
 “Azərbaycan Hava Yolları” QSC (AZAL) hava gəmilərinin, hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortası üçün açıq tender elan edib.
Şəffaflıq.az xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 8-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 17-si, saat 15:00-a qədər aviaşirkətin qərargahının yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportuna təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun maliyyə -iqtisadiyyat idarəsionin rəisi Əlyəddin Quliyevdir. Telefon: (012) 497-26-00; 497-28-11 (daxili: 2811).
Təkliflərə iyunun 18-də, saat 11:30-da qeyd olunan ünvanda baxılacaq.

Geri qayıt