Əsas Səhifə > Siyasət / Dünya > ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb


25-04-2021, 07:22

 

ABŞ-ın Ankaradakı səfiri David Satterfild Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Şəffaflıq.az APA-ya istinadən məlumat verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, nazir müavini Sedat Önal tərəfindən qəbul edilən ABŞ səfirinə tarixi və hüquqi əsası olmayan bu bəyanatın Türkiyə tərəfindən qınanılıb və rədd edilib.

Bəyanatın beynəlxalq hüquq baxımından qanunsuz olduğu səfirin diqqətinə çatdırılaraq bildirilib ki, bu açıqlama Türkiyə xalqını dərindən təsirləndirib və Türkiyə-ABŞ əlaqələrinə dərin yara vurub.

Geri qayıt