Əsas Səhifə > Mədəniyyət > Azərbaycanda aktyor və qardaşı koronavirusdan ölüb
Azərbaycanda aktyor və qardaşı koronavirusdan ölüb23-04-2021, 09:59 |
![]() Şəffaflıq.az xəbər verir ki, bu barədə teatrdan məlumat verilib. Aktyor bu gün koronavirus xəstəliyindən dünyasını dəyişib. Həmçinin bildirilib ki, bir müddət əvvəl Ə.Qurbanəliyevin qardaşı da COVID-19-dan vəfat edib. Qeyd edək ki, Ələsgər Qurbanəliyev 1948-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. O, 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında işləyən aktyor 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Allah rəhmət eləsin! Şəffaflıq.az Geri qayıt |