Əsas Səhifə > REGİON / Mədəniyyət / Cəmiyyət > Şamaxıda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş " Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Heydər Əliyevin rolu " adlı videokonfrans keçirilib.-FOTO
Şamaxıda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş " Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Heydər Əliyevin rolu " adlı videokonfrans keçirilib.-FOTO22-04-2021, 08:05 |
![]() Şəffaflıq.az xəbər verir ki ,Konfransda qonaq qismində dosent filologiya üzrə fəlsəfə doktoru Aynur Qəzənfərqızı, İsmayıllı RMİ-nin rəis müavini, Şamaxı rayonu üzrə baş məsləhətçisi, Şamaxı rayon Gənclər və İdman idarəsinin, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, Şamaxı YAP Gənclər birliyinin üzvləri iştirak edirdi. Tədbiri giriş sözü ilə YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova açaraq iştirakçıları salamladı. ![]() ![]() Daha sonra Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış edərək bildirdi ki, dahi şair Nizami Gəncəvi Azərbaycan ədəbiyyatını dünyada tanıdan bir şəxsiyyət olmuşdur. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Daha sonra çıxış edən dosent filologiya üzrə fəlsəfə doktoru Aynur Qəzənfərqızı Nizaminin əsərlərində folklor materiallarının istifadəsindən, bu materiallara hansı şəkildə niyə müraciət etməsindən danışıb. Nizaminin əsərlərində istifadə edilən bir çox toponomik yerlər haqqında məlumat verdi. Bildirdi ki dahi Nizami əsərlərində folklorun bütün variantlarından məharətlə istifadə edib. Şamaxı RTŞ-ni metodisti Nişanə Eyyubova Nizami əsərlərində qadın obrazlarından məharətlə istifadə olunması mövzusunda , 9 saylı orta məktəbin direktor müavini Mətanət Daşdəmirova isə Nizami əsərlərində xeyirxahlıq əməksrvərlik mövzusunda geniş çıxış etdilər. Sonda isə tələbə və şagirdlərin ifasında Nizami lirikasından parçalar səsləndirildi ![]() ![]() ![]() Şamaxı rayonu Şəffaflıq.az
Geri qayıt |