Əsas Səhifə > Hadisə > Bakıda binanın damında gənc qız meyiti aşkarlanıb

Bakıda binanın damında gənc qız meyiti aşkarlanıb


21-04-2021, 10:07
 
Bakıda binanın damında 25 yaşlı qızın meyiti aşkarlanıb.

Şəffaflıq.az Report-a istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.


Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Geri qayıt