Əsas Səhifə > Gündəm > İlham Əliyev “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib

İlham Əliyev “Azərsun Şamaxı Aqropark”ın açılışında iştirak edib


20-04-2021, 15:50

 

Aprelin 20-də Hacıqabulda “Azersun Şamaxı Aqropark”ın açılışı olub.

Şəffaflıq.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına məlumat verilib.

Bildirildi ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir.

Suvarma üçün burada iki süni göl də yaradılıb.

Geri qayıt