Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda övladına tərbiyə verə bilməyən 120 valideyn cəzalandırılıb

Azərbaycanda övladına tərbiyə verə bilməyən 120 valideyn cəzalandırılıb


16-04-2021, 22:02

 

Azərbaycanda 2020-ci ildə uşaq əməyinin istismarına dair faktlar aşkarlanıb.

Şəffaflıq.az məlumat verir ki, bu barədə İnsan alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2020-ci il üzrə illik məlumatında rəqəmlər açıqlanıb.

Hesabata əsasən, ötən il küçələrdə dilənçilik edən 370 uşaq aşkar edilib.

Övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Qeyd edək ki, hesabat Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.




Geri qayıt