Əsas Səhifə > Gündəm / Dünya > Ukrayna nüvə silahının geri qaytarılmasını istəyir

Ukrayna nüvə silahının geri qaytarılmasını istəyir


16-04-2021, 07:00

 

“Qərb Ukraynanın nüvə silahını öz sərəncamına qaytarmasına kömək etməlidir”.

Şəffaflıq.az bildirir ki, bu sözləri “Deutschlandfunk” radiostansiyasına müsahibəsində Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.

“Bəlkə də, nüvə statusu barədə düşünməyə dəyər”, - deyə A.Melnik bildirib.

Daha sonra A.Melnik sosial şəbəkə hesabında Ukraynanın Almaniyanın hərbi dəstəyinə, həmçinin tezliklə NATO-ya üzv olmağa ehtiyacı olduğunu qeyd edib.

Melnikin sözlərinə görə, ölkə NATO-ya qəbul edilməyəcəyi halda öz nüvə statusunu qaytarmalıdır.

Geri qayıt