Əsas Səhifə > Hadisə > Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin ofisindən oğurluq edildi

Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin ofisindən oğurluq edildi


15-04-2021, 12:26
Bakıda oğurluq edən şəxslər tutulub.
Şəffaflıq.az "Report"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki bir ofisdən 1 300 manat dəyərində noutbuk, printer, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin ofisindən isə 1 300 manat dəyərində televizor, 2 ədəd telefon, xalça və çaydan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Bayramlı və A.Məlikov saxlanılıblar.




Şəffaflıq.az

Geri qayıt