Əsas Səhifə > Gündəm > Azərbaycanda prokurorluq işçilərinə rütbələrin verilməsi qaydası dəyişdirilir

Azərbaycanda prokurorluq işçilərinə rütbələrin verilməsi qaydası dəyişdirilir


13-04-2021, 08:03

 

Azərbaycanda prokurorluq işçilərinə rütbələrin verilməsi qaydasına dəyişiklik olunur.

Şəffaflıq.az-ın xəbərinə görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 18-ci maddəsinə dəyişiklik edilir.

Dəyişikliklə prokurorluq işçisinə vaxtından əvvəl rütbə onun daşıdığı rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər. Vaxtından əvvəl və növbədənkənar rütbənin verilməsinə işçinin prokurorluqda qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilə bilər.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Geri qayıt