Əsas Səhifə > Hadisə / Dünya > Çində partlayış: İtkin düşənlər var

Çində partlayış: İtkin düşənlər var


8-04-2021, 19:27

 

Çinin Hubey əyalətində partlayış baş verib. 

Şəffaflıq.az xəbər verir ki, hadisə Partlayıcı maddələrin  zərərsizləşdirmə müəssisəsində qeydə alınıb. Qəza yerinə  çox saylı xilasetmə qurumları cəlb olunub.

Səlahiyyətlilər, partlayış nəticəsində 3 nəfərin yaralandığını və 9 nəfərin itkin olduğunu açıqlayıb.

Müəssisədə axtarış-xilasetmə işləri davam edir.

Geri qayıt