Əsas Səhifə > Dünya > ABŞ Fələstinə 40 milyon dollar ayırdı

ABŞ Fələstinə 40 milyon dollar ayırdı


7-04-2021, 22:19

 

ABŞ administrasiyası Fələstinə 40 milyon dollar məbləğində yeni qrant ayırıb.


Şəffaflıq.az bildirir ki, bu məlumatı “Maan” agentliyi yayıb.

Bu maliyyə vəsaiti Fələstin administrasiyasının hüquq-mühafizə orqanları və hüquq sistemi üçün nəzərdə tutulub.

Məlumata görə, son üç həftə ərzində Ağ Ev Fələstin hökumətinə üç dəfə 10 milyon ABŞ dolları köçürüb. Bu isə ABŞ-ın keçmiş prezidenti Donald Trampın Fələstin üzrə siyasətinin kökündən dəyişməsidir. Onda Donald Tramp Fələstinə yardımları dayandırmışdı. 

Geri qayıt