Əsas Səhifə > Siyasət > Ceyhun Bayramov Moskvaya yola düşüb

Ceyhun Bayramov Moskvaya yola düşüb


1-04-2021, 10:39
 Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb.
XİN-dən Şəffaflıq.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Şəffaflıq.az

Geri qayıt