Əsas Səhifə > Gündəm / Dünya > Makron: "Aprelin 3-dən sərt karantin rejimi tətbiq ediləcək"
Makron: "Aprelin 3-dən sərt karantin rejimi tətbiq ediləcək"1-04-2021, 08:58 |
Fransa Prezidenti Emmanuel Makron xalqa müraciəti zamanı aprelin 3-dən etibarən ölkənin bütün bölgələrində sərt karantin rejiminin tətbiq ediləcəyini elan edib.Rejimə uyğun olaraq, bütün təhsil müəssisələri üç həftə bağlanacaq. Axşam saat 19:00-dan səhər 6:00-a qədər komendant saatı qüvvədə olacaq. Gələn həftədən bölgələr arası səyahətlər qadağan ediləcək. Şəhər sakinlərinə evlərindən 10 km-dək uzaqlaşmasına icazə verilir. Qeyd edək ki, prezidentin fərmanına əsasən, məhdudlaşdırıcı tədbirlərin əməl olunmasına ciddi nəzarət ediləcək. Şəffaflıq.az Geri qayıt |