Əsas Səhifə > Siyasət / Dünya > ABŞ Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı - Bəyanat

ABŞ Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı - Bəyanat


27-03-2021, 10:15

 

ABŞ Dövlət Katibi Entoni Blinken insan haqları üzrə vəkil Şəhla Hümbətovanın Beynəlxalq Qadınlar Günü ərəfəsində vəkillik fəaliyyətinə xitam verilməsi haqda qərarla bağlı bəyanat yayıb.

Şəffaflıq.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Blinken məsul qurumları Şəhla Hümbətovanın Vəkillər Kollegiyasında üzvlüyünü bərpa etməyə çağırıb.

Xatırladaq ki, Bakı İnzibati Məhkəməsi kollegiyanın qərarını qüvvədə saxlayaraq martın 5-də Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsini təsdiqləyib.

Qeyd edək ki, Ş.Hümbətovanın vəkillikdən çıxarılmasına səbəb bir vətəndaşın şikayəti və Vəkillər Kollegiyasına üzvlük haqqını ödəməməsi olub.

Geri qayıt