Əsas Səhifə > Dünya / Maraqlı > ABŞ səmasında qəribə işıqlar görünüb

ABŞ səmasında qəribə işıqlar görünüb


27-03-2021, 10:05

 

ABŞ-ın qərb ştatlarının səmasında qəribə işıqlar qeydə alınıb.

Şəffaflıq.az “RİA Novosti”-yə xəbər verir ki, qeyri-adi görüntülər barədə Sietl şəhər metereologiya xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə şahidlərinin çəkdikləri və sosial şəbəkələrdə paylaşdıqları videoların təhlili nəticəsində ehtimal olunur ki, səmadakı işıqlar “SpaceX” şirkətinin “Falcon 9” raketinin ikinci pilləsinin atmosferdə yanan qalıqları ola bilər.

Qeyd edək ki, sözügedən işıqlar əhali arasında müəyyən təşvişə səbəb olub. Bəziləri onları digər aləmlərdən gələn işarətlərə bənzədiblər.

Geri qayıt