Əsas Səhifə > Elm Təhsil > Bakıda daha bir tədris müəssisəsi COVID-19-a görə bağlanıb

Bakıda daha bir tədris müəssisəsi COVID-19-a görə bağlanıb


26-03-2021, 18:00
 

Bakıda daha bir tədris müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçib.


Şəffaflıq.az APA-ya istinadən məlumat verir ki, COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.

Martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək.

Geri qayıt