Əsas Səhifə > Kriminal > Bakıda qadınları soyan şəxs saxlanılıb

Bakıda qadınları soyan şəxs saxlanılıb


26-03-2021, 14:16

 

Bakıda qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakinləri olan A.Xudayevaya məxsus içərisində 2400 manat, bankomat kartları və sənədlər olan pul kisəsini və fevralın 28-də E.Şərifovaya məxsus içərisində 1000 manat, 200 ABŞ dolları və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən N.Seyidov saxlanılıb.


Şəffaflıq.az
Geri qayıt