Əsas Səhifə > Dünya > İsrail qırıcıları HƏMAS-ın hədəflərinə aviazərbələr endirib

İsrail qırıcıları HƏMAS-ın hədəflərinə aviazərbələr endirib


24-03-2021, 10:29

 

İsrail Hərbi Hava Qüvvələri HƏMAS təşkilatının hərbi bazalarına raket zərbələri endirib.

Şəffaflıq.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən gün Qəzza zolağından İsrailin Beer-Şeva şəhəri raket atəşinə məruz qalıb.

Buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları HƏMAS-ın obyektlərini hədəf alıb.

Geri qayıt