Əsas Səhifə > Hadisə / Region > Türkiyədə parlament binasına ildırım düşdü

Türkiyədə parlament binasına ildırım düşdü


23-03-2021, 11:42

 

Türkiyə Böyük Millət Məclisinin yerləşdiyi binanın həyətinə ildırım düşüb.

Şəffaflıq.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu gün saat 11:30 radələrində parlament binasının həyətinə düşən ildırım yaşı yüzü ötən ağacı yarıya bölüb.

Polis qrupları və TBMM mühafizə personalı ağacın ətrafını mühasirəyə alıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

İnsidentdən sonra parlamentdə elektrik enerjisi kəsilib.

Geri qayıt