Əsas Səhifə > Gündəm / Dünya > ABŞ-ın Baş infeksionisti Rusiya peyvəndini tərifləyib

ABŞ-ın Baş infeksionisti Rusiya peyvəndini tərifləyib


22-03-2021, 20:22

 

ABŞ-ın Baş infeksionisti Entoni Fauçi Rusiya istehsalı “Sputnik V” peyvəndi ilə bağlı məlumatları olduqca yaxşı qiymətləndirib.


Şəffaflıq.az xəbər verir ki, o, bu barədə “Hugh Hewitt Show” proqramında açıqlama verib.

“Rus peyvəndinə dair məlumatlar, bəzi hesabatlar gördüm, olduqca yaxşı görünür”,- deyə Fauçi Rusiya və Çin peyvəndlərinin effektivliyi barədə sualı cavablandırarkən bildirib.

Eyni zamanda Fauçi, kifayət qədər məlumatı olmadığı üçün Çin peyvəndi ilə bağlı fikir bildirməkdən çəkinib.

“Ancaq rus peyvəndinin olduqca təsirli olduğunu düşünürəm”,- deyə Fauçi əlavə edib.

Xatırladaq ki, fevral ayının əvvəlində “Lancet” elmi jurnalı “Sputnik V” peyvəndinin yüksək təsirini və təhlükəsizliyini təsdiqləyən üçüncü sınaq mərhələsinin nəticələrini dərc etmişdi.

Geri qayıt