Əsas Səhifə > Region > Qarabağın işğaldan azad olunmasına qarşı çıxan 10 PKK-çı həbs olundu

Qarabağın işğaldan azad olunmasına qarşı çıxan 10 PKK-çı həbs olundu


20-03-2021, 15:03
 Türkiyədə Ankara Cümhuriyyət Baş prokurorluğu terror təşkilatı PKK-ya qarşı yönəlmiş istintaq çərçivəsində aralarında bu təşkilata bağlı kürd partiyası HDP-nin bölgə başqanları da olmaqla 12 nəfər barəsində həbs sanksiyası verib.Şəffaflıq.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, şübhəlilər arasında İnsan Haqları Dərnəyinin (İHD) başqanı öztürk Türkdoğan və HDP-nin Eskişehir bölgə təşkilatının rəhbəri, Mamak rayon təşkilatının rəhbəri də var.
Ötən gün martın 19-da səhər saatlarında keçirilən əməliyyat zamanı barəsində həbs sanksiyası verilən 12 nəfərdən 10-u saxlanılıb. Şübhəlilərin terror təşkilatı PKK-nın təlimatı ilə bu təşkilata bağlı xəbər saytlarından edilən çağırışlarla Ankarada aksiyalar təşkil etməyə hazırlaşdıqları müəyyən edilib.
Habelə şübhəlilərin Qarabağın işğaldan azad edilməsinə qarşı hazırlanan və PKK-ya yaxın internet saytlarında yayımlanan bəyanatı imzaladıqları da təsbit edilib. Onların dindirilməsi davam edir.

Geri qayıt