Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / Cəmiyyət > Nazir Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edib
Nazir Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edib14-05-2019, 16:56 |
![]() Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirib. Şəffaflıq.az xəbər verir ki,Azərbaycan Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 14-də Göyçay rayonunda vətəndaşları qəbul edib.Heydər Əliyev Mərkəzinin binasında keçirilən qəbulda Göyçay rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb. ![]() ![]() ![]() Davud Tarverdiyev Şəffaflıq.az Geri qayıt |