Əsas Səhifə > Dünya > Aİ ölkələri əcnəbilər üçün giriş qaydalarını yumşaltmağa çağırıb
Aİ ölkələri əcnəbilər üçün giriş qaydalarını yumşaltmağa çağırıb13-03-2021, 10:02 |
İqtisadiyyatı üçün turizm sahəsi mühüm rol oynayan bir qrup Avropa İttifaqı ölkəsi xaricdən Aİ-yə giriş məhdudiyyətlərini yumşaltmağa çağırıb.Şəffaflıq.az məlumat verir ki, bu barədə "Bloomberg" agentliyi Aİ-nin diplomatik dairələrində olan mənbələrinə istinadən bildirib. Məlumata əsasən, bir sıra Avropa ölkələri koronavirus ilə bağlı testin neqativ çıxmış, peyvənd olunmuş və ya COVID-19-dan sağalan əcnəbilər üçün Aİ-yə giriş imkanını tətbiq etməyi təklif edib. Bir sıra ölkələr, ilk növbədə Böyük Britaniyadan gələn səyahətçilərə, əcnəbilərə birtərəfli sərhədlərin açılması üçün planlar hazırlayır. Geri qayıt |