Əsas Səhifə > Elm Təhsil > Azərbaycanda yeni dövlət universiteti YARADILIR

Azərbaycanda yeni dövlət universiteti YARADILIR


9-03-2021, 20:36

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının bazazında Şəki Dövlət Universitetinin yaradılması məqsədilə aidiyyəti üzrə müraciət edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, hazırda ADPU-nun Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslar üzrə təxminən 270-280 tələbə qəbul olunur, ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Geri qayıt