Əsas Səhifə > Şou-biznes / Region > Rusiyanın “Eurovision” təmsilçisi dəyişdi

Rusiyanın “Eurovision” təmsilçisi dəyişdi


9-03-2021, 00:18

 

Rusiyanı bu ilin may ayında Rotterdamda keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsində müğənni Manija təmsil edəcək.

Bu barədə Şəffaflıq.az “Pervıy kanal”a istinadən xəbər verir.

Manija müsabiqədə “Russian Woman” (“Rus qadını-red.) adlı mahnını ifa edəcək.


Bundan əvvəl Rusiyanı “Eurovision-2020”də təmsil etməli olan “Little Big” qrupu builki milli seçim turuna qatılmaqdan imtina etmişdi.

Sayca 65-ci “Eurovision” müsabiqəsi ötən il 12-16 may tarixlərində Rotterdamın “Ahoy” zalında “Open Up!” (“Açıl!”-red.) sloqanı altında keçirilməli idi. Lakin 2020-ci il martın 18-də Avropa Yayımları Birliyi müsabiqəni koronavirus pandemiyası səbəbindən təxirə salmaq qərarına gəldi.

Geri qayıt