Əsas Səhifə > SİYASƏT / Redaktor seçimi > Dahi Şəxsiyyətin ideyaları Azərbaycan adlı bir ölkəni dünyaya çıxartdı.-FOTO
Dahi Şəxsiyyətin ideyaları Azərbaycan adlı bir ölkəni dünyaya çıxartdı.-FOTO12-05-2019, 17:01 |
![]() Azərbaycan xalqının böyüklüyü hər zaman dahi şəxsiyyətlər yetişdirməsindədir. Tarixən hər nə qədər keşməkeşli həyat yolu keçsə də‚ tarixin bütün çətinliklərində hər zaman böyük şəxsiyyətlər sayəsində xalqımız hər bir çətinliyi geridə qoymağı bacarmış və məhz xalqımızın içərisindən çıxmış milli liderlər sayəsində nicat tapmışdır. Xalqımızın dövlətçilik tarixi çox qədimdir. Təbiiki dövlətçilik dəyərlərimizin və milli ruhumuzun formalaşmasında‚ xalqımızın milli maraqarının qorunmasında öndərlik etmiş mühüm tarixi şəxsiyyətlər olub. O nəhəng ensiklopedik siyasi düşüncəyə və böyük dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyətlərdən biri müasir dövr Azərbaycanın memarı‚ qurucusu‚ xalqımızın xilaskarı‚ Ümummilli Lider Heydər Əliyevdi. Bütün ömrü boyu Azərbaycan və Azərbaycançılıq uğruna çalışan fenomen şəxsiyyət Heydər Əliyev hələ Moskvada Partiyada olduğu zamanlardan Azərbaycanın maraqlarını qorumuş‚ müdafiə etmiş‚ xalqımızın milli ruhunun‚ milli şüurumuzun və milli kimliyimizin formalaşması üçün gecə-gündüz çalışmış və bu sahədə məqsədyönlü işlər aparmışdır. Təsadüfi deyil ki‚ hələ rus-sovet əsarətində olarkən 1990-cı ilin yanvarın 20-də Bakıda yaşanan qanlı qırğına dərhal elə Moskvada öz haqq səsini qaldırıb bu qanlı qırğını pisləyərək Moskvada‚ imperiya paytaxtında mətbuat konfransı keçirmişdir‚ Bakıdakı qanlı qırğını dünyanın onlarla aparıcı Kütləvi İnformasiya Vasitələri qarşısında dilə gətirərək bütün dünyaya çatdıran şəxs təkcə Heydər Əliyev oldu. Azərbaycanın informasiya blokadasına salındığı bir vaxtda‚ məhz Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq bu mühüm tarixi missiyanı həyata keçirərək bu qətiyyətli addımı atması onun üçün hər an ölüm demək idi. Lakin tükənməz manevr qabiliyyətinə malik dahi şəxsiyyət Heydər Əliyev heçnədən çəkinmədən xalqımızın haqq səsini dünyaya çatdırdı. Elə o zamandan Azərbaycanda milli azadlıq hissləri oyanmağa başladı. Bu azadlq hisslərinin toxumlarını 1990-cı ilin yanvarın 21-də Moskada Azərbaycanın daimi nümayəndəliyində böyük bir mətbu-konfrans keçirib SSRİ rəhbərliyini lənətləyən Dahi Şəxsiyyət Heydər Əliyev öz cəsarətli və şücaətli addımı ilə ürəklərə səpmiş oldu. Ulu Öndərin Moskvadakı qətiyyətli addımı qorxmazlığın ən üst həddi və sözün əsl mənasında bir qeyrət nümayişiydi. Məhz Ulu Öndərin qətiyyətli davranışları Milli Oyanışımızın əsasını qoydu. Azərbaycanın haqq səsisini qaldıran Heydər Əliyev 1990-cı ildə vətənə qayıtdı. Doğulub böyüdüyü Naxçıvana gedən Heydər Əliyev‚ buradan ölkəmizin İstiqlaliyyəti uğrunda mübarizəyə başladı. O zamankı meydan firqurları olan bir çox şəxslər onun mükəmməl dövlətçilik təcrübəsinə yaxşı bələd olduğu üçün‚ hər vasitə ilə Heydər Əliyevin xalqımızın Milli Azadlığı və müstəqil Dövlətçiliyi uğrunda apardığı mübarizəyə və fəaliyyətlərinə var qüvvələrilə mane olmağa çalışırdılar. Lakin heçnədən çəkinməyən dahi şəxsiyyət Heydər Əliyev Naxçıvandan xalqımızın Milli Azadlığının və müstəqilliyinin əldə olunması istiqamətində işlər aparırdı. O‚ xalqı maarifləndirmək yolunu tutmuş və bu yolda bütün potensialını sərf edirdi. Nəhayət 1990-cı ilin Noyabrın 17-də Naxçıvan Ali Məclisində o zaman Ali Məclisin sədri olan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyimizin və İstiqlaliyyətimizin ilk rəmzi olan müstəqil üçrəngli bayrağımız qəbul edilərək Naxçıvan səmalarına qaldıdırıldı. Bununla da ölkəmizin ilk müstəqilliyinin təməlləri Naxçıvanda məhz Ulu Öndər Heydər Əliyev tərəfindən atılmış oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi üçrəngli bayrağın təkrar 1990-cı ildə qəbul edilərək Azərbaycan səmalarıma qaldırılması faktiki olaraq müstəqilliyimizin təməli idi. Məhz həmin təməllər xalqımızın böyük oğlu‚ dahi şəxsiyyət‚ Ulu Öndər Heydər Əliyev tərəfindən atıldı. Elə bundan sonra müstəqillik və azadlıq şüarları bütün Azərbaycanı bürüdü. Bununla da İstiqlaliyyətə gedən yol açılmış oldu. Ürəyi azadlıq eşqi ilə döyünən xalqımız gecə-gündüz meydanlara çıxıb Sovet əsarətinə etiraz edərək müstəqillik tələb etdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqillik aktına imza atdı və 1990-cı ilin 17 noyabrından başlanan proses 1991-ci ilin 18 oktyabrında bütünlüklə müstəqillik əldə edilməsi ilə sona çatdı. Qazanılmış bu müstəqilliyin əldə edilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Məhz onun siyasi manevrləri və xidmətləri‚ bütün ölkə əhalisində bir stimul rolunu oynamışdı. 1993-cü ildə xalqın təkidli və israrlı tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev o zaman ölkəni bürümüş dəhşətli tragedik və dramatik durumdan‚ ölkəni cənginə almış qardaş qırğınından‚ kəskin siyasi böhrandan‚ məşəqqət və müsibətlərdən öz siyasi bacarığı və zəngin dövlətçilik təcrübəsi ilə xalqımızı xilas etdi. ![]() ![]() ![]() Mirsamir Məmmədov Politoloq Geri qayıt |