Əsas Səhifə > Siyasət / Dünya > BƏƏ-nin İsraildəki ilk səfiri işinə başlayıb

BƏƏ-nin İsraildəki ilk səfiri işinə başlayıb


2-03-2021, 08:50

 

Birləşmiş Ərəb Əmirliyinin İsraildəki ilk səfiri Məhəmməd əl-Hədja səlahiyyətlərinin icrası üçün Tel-Əvivə gəlib.

Şəffaflıq.az bildirir ki, bu barədə “Əl-Cəzirə” televiziya kanalı məlumat yayıb.

Qeyd edək ki, ötən il sentyabrın 15-də Vaşinqtonda ABŞ-ın aktiv vasitəçiliyi ilə İsrail tərəfi BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması haqqında sənədləri imzalayıb.

İsrail BƏƏ və Bəhreynlə sülhün bağlanmasına qədər Misir və İordaniya ilə diplomatik münasibətlər qurub.

Geri qayıt