Əsas Səhifə > Hadisə > Qısqanc kişi arvadını boğaraq öldürüb

Qısqanc kişi arvadını boğaraq öldürüb


1-03-2021, 14:46
 

Zərdabda kişi arvadını qətlə yetirib.

Hadisə bu gün rayonun Təzəkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1965-ci il təvəllüdlü Aslanov Məhərrəm Şükür oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Aslanova Rəhilə Şahvələd qızını boğaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, M. Aslanov saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı Zərdab Rayon Prokurorluğunda zəruri istintaq hərəkətləri aparılır.(apa)

Geri qayıt