Əsas Səhifə > Dünya / Maraqlı > Türkiyə səmasında görünən meteorit gecəni gündüzə çevirdi

Türkiyə səmasında görünən meteorit gecəni gündüzə çevirdi


28-02-2021, 19:22

 

Türkiyənin Şərqi Qaradəniz bölgəsində görünən meteorit bir neçə saniyəyə gecəni gündüzə çevirib.

Şəffaflıq.az “Haber Global”-a istinadən məlumat verir ki, Bakı vaxtilə saat 23:57-də qeydə alınan səma cismi Yerin atmosferinə daxil olduğu anda alışaraq yanıb. Onun ətrafa saçdığı işıq sayəsində gecənin qaranlığı bir neçə saniyəlik də olsa aydınlanıb.

Nadir təbiət hadisəsi avtomobilin videoregistratoru vasitəsilə çəkilib.

Geri qayıt