Əsas Səhifə > Siyasət > Gürcüstan baş naziri Azərbaycana səfər edəcək

Gürcüstan baş naziri Azərbaycana səfər edəcək


22-02-2021, 15:43
“İlk səfərlərimdən biri yaxın və dost ölkəmiz Azərbaycana olacaq”.
Şəffaflıq.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə çıxışında deyib.
O, Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu bildirib: “Azərbaycanı müdrik rəhbəri cənab İlham Əliyevlə çox yaxşı münasibətlərim var”.
İ.Qaribaşvili Azərbaycanla sərhədlə bağlı danışıqlar aparacağını söyləyib: “İnanıram ki, cənab İlham Əliyev və dost Azərbaycanla birgə dialoq aparıb məntiqli qərar qəbul edəcəyik”.

Geri qayıt