Əsas Səhifə > Gündəm / Dünya > Dünyada son sutkada 359 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 359 mindən çox koronavirusa yoluxma qeydə alınıb


22-02-2021, 08:54

 

Dünyada son sutka ərzində 359 488 nəfər koronavirusa yoluxub, 9075 nəfər ölüb.


Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 110 749 023 yoluxma hadisəsi, 2 455 131 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 47 faizdən çoxu Şimali və Cənubi Amerikanın (169 750) payına düşür. Digər yerləri isə Avropa (125 239) və Cənub-Şərqi Asiya (25 479) bölüşür.

Geri qayıt