Əsas Səhifə > Digər > Dövlət qurumunun imtahan verən əməkdaşında səsötürücü aşkarlandı

Dövlət qurumunun imtahan verən əməkdaşında səsötürücü aşkarlandı


20-02-2021, 08:45

 

Bu gün keçirilən inzibati rəhbər (A növü) vəzifələrə aid qruplar üzrə dövlət qulluğuna qəbul imtahanında hazırda dövlət qulluqçusu olmayan və dövlət orqanlarının birində müqavilə əsasında çalışan bir namizədin üzərində səsötürücü qurğu tapılıb.

Şəffaflıq.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, həmin namizəd ötürücüdən istifadə etməyə çalışarkən bu hal zal nəzarətçiləri tərəfindən aşkar olunub və müvafiq protokol tərtib olunmaqla, namizəd imtahandan kənarlaşdırılıb.

Həmin şəxslə bağlı müvafiq dövlət orqanına da müraciət olunacaq.

Geri qayıt