Əsas Səhifə > Dünya > ABŞ və İsrail yeni hava hücumundan müdafiə sistemi qurur

ABŞ və İsrail yeni hava hücumundan müdafiə sistemi qurur


18-02-2021, 23:30

 

İsrailin Raket Hücumundan Müdafiə Xidməti və ABŞ-ın Raket Hücumundan Müdafiə Agentliyi “Arrow-4” (“Hetz-2”) sisteminin yenilənməsinə başlayıb.


Şəffaflıq.az xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyindən bildiriblər.

Bu, növbəti onilliklər ərzində “Hetz-2”ni əvəz edəcək rakettutma sisteminin yeni nəslidir.

Baş podratçı İsrail Aviasiya Sənayesinin Müdafiə Konsernidir.

Xatırladaq ki, “Hetz-2” raket müdafiə sistemi İsrailin silah arsenalında 2000-ci ildən, “Hetz-3” raket hücumundan müdafiə sistemi isə 2017-ci ildən xidmətdədir.

Geri qayıt