Əsas Səhifə > Dünya > ABŞ-ın 24 ştatında rekord şaxta qeydə alınıb

ABŞ-ın 24 ştatında rekord şaxta qeydə alınıb


16-02-2021, 08:53

 

ABŞ-ın bir çox hissəsində rekord dərəcədə ən aşağı temperatur qeydə alınıb.

Şəffaflıq.az məlumat verir ki, bu barədə ölkənin Milli Meteoroloji Xidməti tvitterdə açıqlayıb.

Beləliklə, Texasın Korpus-Kristi və Hyuston şəhərlərində temperatur mənfi 8 dərəcəyə düşüb, bu 1895 və 1905-ci illərdən bəri rekord göstəricidir. Minnesota ştatının Hibbinq şəhərində hava 1939-ci ildən bəri ilk dəfə mənfi 38 dərəcəyə düşüb.

Nebraskada 1881-ci ildən indiyənədək ilk dəfə mənfi 31 dərəcə soyuq qeydə alınıb. Ümumilikdə ABŞ-ın 24 ştatına rekord şaxta qeydə alınıb
.
Geri qayıt