Əsas Səhifə > Gündəm / Region > İranda koronavirusla bağlı son vəziyyət açıqlanıb

İranda koronavirusla bağlı son vəziyyət açıqlanıb


15-02-2021, 00:40

 

İranda son sutka ərzində daha 7 390 nəfərdə koronavirus aşkarlanıb, 62 nəfər vəfat edib.


Şəffaflıq.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 1 518 263-ə, virus qurbanlarının sayı isə 58 945-ə yüksəlib. İndiyədək 1 298 023 nəfər isə virusdan sağalıb.

Hazırda ölkədə 161 295 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3 709-nun vəziyyəti ağır qiymətləndirilir.

Geri qayıt